Bu sürücülərə mədəniyyət dərsi keçiləcək - VİDEO

Bu ilin 10 ay ərzində avtobusların iştirakı ilə 70 yol qəza hadisəsi baş verib. ANS-in məlumatına görə, qəza nəticədə 32 nəfər dünyasını dəyişib, 75 nəfər isə yaralanıb. Göstərilən rəqəmlər isə vəziyyətin ciddiliyindən xəbər verir. Son zamanlar baş verən avtobus qəzaları insaları demək olar ki, heç də təəccübləndirmir. Demək olar ki, hətta gün ərzində bir neçə dəfə bu növ qəzalarla bağlı insanlar xəbərlər oxuyur, eşidir və ya şahidi olurlar. Avtobus qəzaları paytaxt sakinləri üçün artıq adi hala çevrilib, desək yanılmarıq. Belə hadisələrdən biri bir neçə gün bundan əvvəl Rizvan Teymurov küçəsi-20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Gülüş Daşdəmir oğlu Mənsimovun idarə etdiyi «VAZ 21-012» markalı minik avtomobili ilə, 1974-cü il təvəllüdlü Gözəl Novruz oğlu Əhmədovun idarə etdiyi, 212 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Qəza zamanı ağır bədən xəsarəti alan Gülüş Mənsimov 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
BDYPİ-nin mətbuat xidmətinin rəisi Kamran Əliyev əvvəlki illərlə müqayisədə qəzaların azaldığını amma bu rəqəmin də çox olduğunu deyir.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, avtobus qəzalarının qarşısının alınması üçün tədbirlər görülür. Ən əsas tədbirlərdən biri sürücü bazasının yaradılmasıdır. Yəni bir nəqliyyat vasitəsində qəza törədən sürücü artıq başqa nəqliyyat vasitəsində işləyə bilməyəcək. Onun sözlərinə görə, həmiçnin sürücülərin mədəniyyət səviyyələrinin də artırılması üçün kurslar da təşkil olunub. Burada hər bir sürücüyə ingilis-dili dərsi öyrədiləcək.
Məsələyə isə hər dəfə bu, yol hadisəsidir, nəqliyyatda baş verməlidir və yaxud bütün hadisələrdə sürücü günahkardır kimi fikirlərlə yanaşmaq da düzgün deyil. Amma hər halda sürücülər də daha diqqətli olmalıdır. Çünki onlar daşıdıqları hər bir sərnişinin həyatına cavabdehdilər.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












