Bulvarda tramvay olacaq

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsində 92,3 kilometr uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir. Bu, onu göstərir ki, layihə müəllifləri və şəhərsalma üzrə mütəxəssislər metronun inkişafına daha böyük üstünlük verirlər. Avtosfer.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində metronun şəhər nəqliyyatında çox mühüm rol oynadığını bildirib. C.Qocayev deyib ki, metro digər nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir. Yəni, heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm verilir. Elektrik qatarı üçün isə müvafiq yol çəkilməlidir. Bununla belə, ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir. Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil. Dünyada getdikcə tükənən neft ehtiyatları mütəxəssisləri daha çox alternativ enerjidən istifadə etməyə sövq edir. Azərbaycanda isə alternativ enerji mənbələri kifayət qədərdir. Təbii ki, nəqliyyatda da bu enerjidən istifadə olunacağı gün uzaqda deyil.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












