Bütün cərimələr belə ödəniləcək - YENİLİK - VİDEO

Yeni ildən “ASAN xidmət” həyatımıza daha bir yeniliyi ilə daxil olur. Bu gündən etibarən dövlətə olan bütün cərimələrin ödənəcəyi “ASAN ödəniş” sistemi işə düşür. Avtosfer.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, “ASAN ödəniş” sisteminin yaradılması barədə ölkə prezidentinin ötən ilin əvvəlində imzaladığı fərmana uyğun olaraq artıq bütün işlər tamamlanıb və ilkin pilot layihəyə start verilib. Pilot layihə hazırda fəaliyyət göstərən 7 “ASAN xidmət” mərkəzində xüsusi terminalların quraşdırılmasını nəzərdə tutur. Burda ilk olaraq yol polisinin yazdığı cərimələrin ödənilməsi mümkün olacaq. Qısa müddətindən sonra isə həm “ASAN ödəniş”in əhatə dairəsi, həm də bura qoşulan dövlət qurumlarının sayı artacaq.
“ASAN xidməti”n rəhbəri İnam Kərimovun sözlərinə görə, pilot layihədən sonra əhalinin daha çox olduğu yerlərdə, ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və digər əhalinin sıx olduğu yerlərdə “ASAN terminal”lar quraşdırılacaq: "Bu həmçinin onlayn qaydada mümkün olacaq. Yəni siz internetlə istənilən cəriməni birbaşa ödəyəcəksiniz, heç bir dövlət orqanına müraciət etmədən”.
“ASAN ödəniş” portalında hər bir vətəndaşın şəxsi kabineti yaradılacaq. Bura daxil olmaqla köhnə cərimələr barədə məlumat almaq mümkün olacaq. “ASAN terminal”ların digərlərindən fərqi isə ondan ibarətdir ki, bu aparatlar qəpik də qəbul edir. Gələcəkdə isə hətta bütün bu ödənişləri smartfonlarla etmək mümkün olacaq. Çünki “ASAN ödəniş” portalının mobil versiyası hazırlanacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












