Ən davamlı asfalt örtüyü

Polşanın paytaxtı Varşavada yeni yol inşaatı texnologiyası marağa səbəb olub. Polşa Milli Yollar və Magistrallar Direktoratının tətbiq etdiyi yeni texnologiyalı asfalt örtüyünün düz 18 illik zəmanəti var. Heç bir əsaslı yenidənqurma aparılmadan, həmin asfalt örtüyünün 50 ilədək davam gətirəcəyi iddia edilir. Avtosfer.az-ın məlumatına görə, Polşa Texniki Araşdırma İnstitutunun aliminin kəşf etdiyi 8 santimetr hündürlüyündə olan bu xüsusi asfalt örtüyü təzyiqi neytrallaşdırmaq və yollara dəyən ziyanın qarşısını almaq qabiliyyətinə malikdir. S8 adlandırılan yeni yol örtüyü əvvəlkilərdən 20% baha başa gəlir, lakin onlardan daha uzunmüddətli olduğu üçün sərfəlidir. Sınaq məqsədilə çəkilən yeni asfalt örtüyünü hələlik yalnız Varşava yaxınlığındakı Yanki bölgəsində görmək olar. Müsbət nəticələr əldə edilərsə, Opaçsdan Paskova kimi bütün yola S8 unikal asfalt örtüyü çəkiləcək. /anspress
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












