Gediş haqlarından həm artanı var, həm azalanı– YENİ CƏDVƏL

Tarif Şurasının 5 sentyabr 2014-cü il tarixli, 8 saylı qərarı ilə Bakı şəhərində bəzi avtobus marşrutlarında gediş haqqı dəyişdirilib. Həmin dəyişiklik yalnız şəhərətrafı marşrut xətlərinə aiddir. Avtosfer.az-ın məlumatına görə, şəhərin daxilində işləyən 1-99 saylı marşrutlarda heç bir qiymət dəyişikliyi edilməyib və gediş haqqı əvvəlki kimi 20 qəpik olaraq qalır.
Şəhərətrafı marşrutlar üzrə tariflərdə də əslində heç bir dəyişiklik edilməyib. Sadəcə olaraq mövcud tariflər çərçivəsində bəzi marşrutların məsafəsi dəyişdirilib və bu dəyişikliyə uyğun olaraq bir sıra marşrutlarda gediş haqqı qalxıb, bəzilərində isə azalıb. Həmin dəyişiklikləri diqqətinizə çatdırırıq.
I. Aşağıdakı marşrutlarda məsafə artdığına görə gediş haqqı da müvafiq qaydada artıb:
1. 102, 106, 139, 168, 169, 182 saylı marşrutlarda 20 qəpik 25 qəpik olub;
2. 112 saylı marşrutlarda 20 qəpik 30 qəpik olub;
3. 140 və 211 saylı marşrutlarda 25 qəpik 30 qəpik olub;
4. 196 saylı marşrutda 25 qəpik 35 qəpik olub;
5. 126, 149 və 194 saylı marşrutlarda 30 qəpik 35 qəpik olub;
6. 164 və 171 saylı marşrutlarda 35 qəpik 50 qəpik olub.
II. Aşağıdakı marşrutlarda məsafə azaldığına görə gediş haqqı da azalıb:
1. 202 saylı marşrutda 25 qəpik 20 qəpik olub;
2. 131, 146, 181, 189, 203 və 215 saylı marşrutlarda 30 qəpik 25 qəpik olub;
3. 114 saylı marşrutda 50 qəpik 30 qəpik olub.
Bir daha vurğulamaq istəyirik ki, marşrutlarda hər hansı tarif dəyişikliyi edilməyib. Sadəcə olaraq konkret marşrutların getdiyi məsafə dəyişdirildiyindən onlarda gediş haqqı da müvafiq qaydada artıb və ya azalıb.
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama










