Gəncənin tramvayları belə olacaq - FOTO

«Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə yeni yol çəkilişinin layihəsi hazırlanır. Bu yol aeroport istiqamətindən başlayaraq, “İmamzadə” yolu daxil olmaqla Zazalı postuna qədər olan ərazini əhatə edəcək”. Modern.az xəbər verir ki, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə yeni irimiqyaslı layihələrdən danışarkən deyib. İcra başçısı bildirib ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir. “Tramvay yolunun çəkilişi də gündəmdədir. Hələlik xətlər və marşurutlar müəyyənləşdirilir. Yolun çəkilişinə 2015-ci ildə başlanılması nəzərdə tutulur. Şəhərin müasirliyinə uyğun olaraq, ilin sonunadək şəhərə müasir tipli, rahat yeni avtobuslar və taksilər gətiriləcək. Gəncədə vaqon istehsalı zavodunun istehsalı üçün 30 hektar ərazi ayrılıb. Təməlqoyma İsveçrənin «Stadler Rail Group»şirkəti ilə Nəqliyyat Nazirliyi tərəfindən bağlanmış müqaviləyə əsasən həyata keçiriləcək”.
İcra başçısı onu da vurğulayıb ki, vaqon istehsalıyla bağlı yaxın günlərdə nümayəndə heyəti ilə yenidən görüşəcəklər. “Görüş çərçivəsində təməlqoymanın vaxtı müəyyənləşəcək. Zavod inşa olunduqdan sonra isə istehsal müəssisəsində 400-dən artıq şəhər sakini işlə təmin olunacaq. Bununla yanaşı şəhər daxili sərnişindaşımada da dəyişikliklər olacaq. Köhnəavtobuslar yeniləri ilə əvəzlənəcək və yeni taksilər ilin sonuna qədər fəaliyyətə başlayacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













