Gözlərinə qarmaq keçirib «07»ləri sürüdü - FOTO

Bir müddət əvvəl Gürcüstanda gözündə və hülqumunda 33 kq ağırlığında olan daş qaldıraraq dünya rekordu qıran qubalı pəhlivan Laçın Abdulhüseynov daha bir rekorda imza atıb. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, pəhlivan bu dəfə 2 ədəd "VAZ 2107" markalı avtomobili gözlərinə keçirdiyi qarmaqlar vasitəsi ilə 10 metr dartıb. Bu isə 2200 kq yük deməkdir. Bu nominasiya dünya rekordu isə 350 kq-dır. Rekordu təsdiqlətmək üçün o, tezliklə Almaniyaya yollanacaq. Pəhlivan orada ümumilikdə 9 nominasiyada rekord qırmaq fikrindədir. Dünya rekordu qıran pəhlivanın maddi cəhətdən problemləri var. Onun Almaniyaya getmək üçün dəstəyə ehtiyacı var. Yerli qurumlardan heç bir maddi dəstək görməyən idmançının ümidi imkanlı şəxslərədir.
Qeyd edək ki, Laçın məşhur pəhlivan Əli Abdulhüseynovun oğludur. Laçının məşqçisi və qardaşı Hüseyn Pəhləvanoğlu da hazırda dünya rekordu qırmaq niyyətindədir. O, boğaz boşluğunda 2 ədəd avtomobil dartmaqla yeni dünya rekordu müəyyənləşdirmək istəyir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















