Heydər Əliyev Beynəlxalq Aeroportu “4 ulduz” dərəcəsinə layiq görüldü

Heydər Əliyev Beynəlxalq Aeroportu “4 ulduz” dərəcəsinə layiq görülüb. Avtosfer.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə “Silk Way Group”un vitse-prezidenti Eldar Hacıyev məlumat verib. O, qeyd edib ki, ilin əvvəlindən etibarən keçirilən iki beynəlxalq auditin nəticələrinə görə, “4 ulduz” dərəcəsinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın 18 ən yüksək reytinqli hava limanları siyahısına daxil olub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi bu il aprelin 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. İldə 6 milyon sərnişin daşıma gücünə malik yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Quraşdırılan traplar, eyni zamanda, 13 hava gəmisini, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – “Airbus A 380”ni qəbul edə bilir. Aerovağzalda sərnişinlərə xidmət yüksək tələblər səviyyəsində qurulub. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












