İran yeni aeroport tikəcək

İran Azərbaycanla sərhəddə Araz azad ticarət-sənaye zonasında yeni aeroport tikəcək. Bunu Araz azad ticarət-sənaye zonası təkilatının baş direktoru Möhsün Xadim Ərəbbaği deyib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir. M.X.Ərəbbaği deyib ki, yeni aeroportun tikintisi 2 ilədək başa çatacaq: “Araz azad ticarət-sənaye zonasının özünəməxsus yeri var, bu zonada infrastrukturun inkişaf etdirilməsi məqsədilə Araz aeroportunun tikilməsi üçün lazımi lisenziya alınıb”. Onun sözlərinə görə, Araz hava limanı 300 hektar ərazidə insa olunacaq: "Araz aeroportunun tikintisi üçün vəsait ayırılıb. Hava limanında iri təyyarələrin enişi üçün də şərait yaradılacaq. Burada sərnişindaşıma ilə yanaşı, sənaye və kənd təsərrüfatı məhsullarının daşınması da həyata keçiriləcək". Qeyd edək ki, İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində 9 il əvvəl yaradılan Araz azad ticarət-sənaye zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayaraq Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Zonanın Culfa şəhərində ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli-Xudafərin bölgəsində yerləşir. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonada sərmayə qoyub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












