Kür çayı üzərində yeni körpü işə düşdü- FOTO

Kür çayı üzərindəki yeni körpünün tikintisi başa çatıb. Azəryolservis ASC-dən Avtosfer.az-a verilən məlumata görə, M-3 avtomagistralının Hacqabul-Bəhramtəpə hissəsində 9-cu km-də Kür çayı üzərindəki qəzalı körpünün yanında yeni, daha da böyük yük götürmə qabiliyyətinə malik, çox uğurlu konstruksiyaya malik körpünün tikilməsinə qərar verildi və bu gün həmin körpünün tikintisi uğurla başa çatdırılıb. Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmirbeton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140 m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım tirlərinin en kəsiyi “korobka” şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü -8,5 m, orta hissədə isə 3,5 m təşkil edir. Körpünün istismara verilməsi, əhalinin Hacıqabul-Bəhramtəpə və əks istiqamətdə fasiləsiz, rahat gediş-gəlişini təmin edəcək.
Qeyd edək ki, M-3 avtomagistralının Hacqabul-Bəhramtəpə hissəsində 9-cu km-də Kür çayı üzərindəki körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkətilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verdiyindən, nəqliyyatın hərəkəti dayandırılır, onlar məcbur olaraq alternativ-daha uzun yollaradan istifadə etməli olurdular ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














