Lerikdə körpü istifadəyə verildi - FOTO

Ötən gün Lerik rayonunun Veri və Tikəband kənd inzibati ərazi dairəsinin kəndlərinə gedən Piran-Veri avtomobil yolunun Davradibi çayı üzərində yeni inşa edilmiş körpü istifadəyə verilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, tökmə dəmir-beton konstruksiyadan istifadə edilməklə uzunluğu 15, eni 4.5, hündürlüyü 3.5 metr olan yeni körpünün açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak ediblər. Veri və Tikəband kənd inzibati ərazi dairələrinə daxil olan 13 kəndin 7 mindən çox əhalisinin bu körpüdən yararlanacağı qeyd olunub.
Yerli sakinlər körpünün tikintisində əməyi olan tikinti şirkətinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını çatdırıblar.
Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra körpü əhalinin istifadəsinə verilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















