Maliyyə Nazirliyinə Aparat rəhbəri təyin edildi - FOTO

Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.
Avtosfer.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, X.Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.
1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.
X.Rəhmanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
Maşınlarla bağlı yeni qayda QƏBUL EDİLDİ: İDARƏ EDƏNLƏRİN NƏZƏRİNƏ
Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlandı - FOTOLAR
Əli Əsədov QƏRAR İMZALADI
Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik - FOTO - VİDEO
Skuter sürənlərə VACİB XƏBƏR: Dəbilqə qadağası GƏLİR
Yeni nazir təcili yardım maşınları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR VERDİ - NƏ BAŞ VERİR ?
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA












