Masallı-Astara yolunun tikintisi davam edir

Ələt-Astara İran Respublikası ilə dövlət sərhədi avtomobil yolu çərçivəsində reallaşdırılan Masallı-Astara yolunun B hissəsinin tikintisi sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, 1B dərəcəyə uyğun yeni trassa üzrə tikilən yolun uzunluğu 20 kilometrdən artıq olacaq. Lənkəran şəhərinin Girdani kəndindən başlayan yol Qamışovka kəndində başa çatacaq. Tikintisinə 2013-cü ilin iyun ayında başlanılan yol boyu 2 ədəd yol qovşağı, 8 körpü, 78 ədəd dairəvi, 18 ədəd düzbucaqlı boru nəzərdə tutulub. Artıq dairəvi boruların 50 faizi, düzbucaqlı boruların isə 80 faizi tikilmiş, 2 yol qovşağı və 6 körpüdə tikinti işlərinə başlanılıb. Torpaq işləri ilə yanaşı, asfalt-beton örtüyünün döşənməsi işləri də paralel olaraq davam etdirilir.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















