Maşını addan-ada keçirmək qaydası asanlaşdı

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə bağlı qaydalara Nazirlər Kabineti texniki xarakterli bir dəyişiklik edib. Bu dəyişiklik ona görə texniki xarakterlidir ki, Nazirlər Kabinetinin 15 mart 1999-cu ildə təsdiq etdiyi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnaməni "Yol hərəkəti haqqında" Qanuna 2 may 2014-cü il tarixdə edilmiş dəyişikliyə uyğunlaşdırıb. Dəyişiklikdə bu Qanunun 27-ci maddəsinin VI-I hissəsində sadalanan məlumatların (adına nəqliyyat vasitəsi qeydiyyata alınan fiziki şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, onun mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi; nəqliyyat vasitəsini əldə edən hüquqi şəxs (şirkət, idarə və s.) olduqda isə həmin hüquqi şəxs bu nəqliyyat vasitəsini idarə etmək üçün verəcəyi işçisi (əməkdaşı) barədə göstərilən məlumatlar) da qeydə alınmalı olmasına dair müddəa təkrarlanır.
Lakin bu dəyişiklik nəqliyyat vasitələrinin addan ada keçirilməsi işində xeyli irəliləyişə səbəb ola biləcək. Məsələ burasındadır ki, "Yol hərəkəti haqqında" Qanuna 2 may 2014-cü il tarixdə edilmiş dəyişiklik avtomobilin alqı-satqısı zamanı əvvəlcə satıcının yaşayış yerində avtomobili uçotdan çıxarmağı və tranzit nömrə ilə alıcının yaşayış yeri üzrə qeydiyyat orqanına gələrək daimi qeydiyyta durmanı sadələşdirdi. Bu dəyişiklikdən sonra avtomobilin alqı-satqısını (addan ada keçirilməsini) DYP-nin yalnız bir qeydiyyat-imtahan məntəqəsində tam həyata keçirmək olar. Bunun üçün satanın qeydiyyat yerində uçotdan çıxarmağa və tranzit nömrəyə ehtiyac qalmır. Nazirlər Kabineti öz qərarına bu dəyişikliyi daxil etməklə yeni qaydanın həyata keçirilməsini intensivləşdirmiş olur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












