Maşınların qiyməti bu qaydada artacaq: ekspert izah verdi

«Bahalı avtomobillərdə 10 min manatdan artıq qiymət artımı gözlənilir". Avtosfer.az-ın məlumatına görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləri artırılır. "Belə ki, mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mühərrikinini həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-3000 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb".
Mütəxəssisin fikrincə, son dəyişikliklərə diqqət yetirəndə bəlli olur ki, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək: "Məsələn, mühərrikinin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə o zaman o süni qiymət artımı olacaq".
Vüqar Bayramov bildirib ki, 2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunmuşdu. Bunların 94 mini minik avtomobilləri idi: "Güman olunur ki, 2014-cü idə avtomobil idxalı əvvəlki il ilə müqayisədə 30 faizdən artıq azalıb. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartların tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacağı gözlənilir. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir", - deyə iqtisadçı söyləyib.
Emin
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










