Motosikletçilərə xüsusi sənəd

Son zamanlar ölkə və paytaxt yollarında motosikletçilərin fəal hərəkəti müşahidə olunur. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, motosikletçilərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Dövlət Yol Polisi əməkdaşlarının ciddi səyləri nəticəsində motosiklet sürücüləri arasında qaydalara riayət etməyin əsas şərt olduğu izah edilib. Lakin bu kifayət deyil. Bəzi sürücülərin aldığı motosikletlər staandratlara cavab vermir. Qanunla yol verilməyən güclü səslə sakinləri narahat edir, sərxoş vəziyyətdə yola çıxaraq Yol Polisi əməkdaşlarını hətta təhqir edirlər. (Bir müddət əvvəl HD Road Glide markalı və 99 A 120 nömrəli motosikletin sürücüsü ilə polis əməkdaşları arasında xoşagəlməz insident yaşanmışdı). Belə hallar təsadüfi xarakter daşımır. 2015-ci ilin əvvəlində bu sahədə vəziyyətin normallaşması istiqamətində ardıcıl addımlar atılacaq. Bu ilin sonunda Daxili İşlər Nazirliyində “Baku HOG Azerbaijan” klubunun rəhbərliyi ilə artıq bir dəfə müzakirə olunub və motosiklet həvəskarlarının böyük bir qrupunu özündə birləşdirən "HOG Azerbaijan"dan xahiş edilib ki, qaydalara riayət etməklə yanaşı müəyyən məsələlərin həllində də kömək etsin. Dövlət Yol Polisi "HOG Azerbaijan" xeyriyyəçi aksiyalarına həmişə dəstək verib və verəcək.
Bu mənada Milli Qurtuluş günü ərəfəsində Avropaya yürüş, Şəkidə keçirilən festival, onkoloji xəstəliklərdən əziyyət çəkən körpələrə, Qocalar evlərinə yardım və.s təbii ki insanpərvərlik baxımından təqdirəlayiqdir. Amma son günlər motosiklet həvəskarları arasında sadəcə vaxt keçirmək məqsədilə əhalinin rahatlığını pozanlar, müəyyən günləri spirtli içki günü kimi qeyd edənlər var və təəssüf ki, "Baku HOG Azerbaijan" adlı qrup onlara görə məsuliyyət daşımadığını bildirir. Bu isə müvafiq qurumlardan vəziyyətə yenidən baxmağı tələb edir. Buna görə də 2015-ci ildə motosiklet sürücüləri ilə bağlı vəziyyətin qanun çərçivəsində daha da sərtləşdirilməsi nəzərdə tutulur. Motosiklet sürücülərinə onların hərəkətini nizamlamaq və qaydalar çərçivəsində hərəkətə vadar etmək üçün xüsusi sənədlər paylanacaq.
Motosürücülərin mütləq imzalamalı olduğu bu sənədlər onların hər bir qanun pozuntusuna görə fərdi qaydada məsuliyyət həddini müəyyənləşdirəcək. 30 dekabrda Daxili İşlər Nazirliyində bu məsələlərin müzakirəsi nəzərdə tutulur. Görüşdə "HOG Azerbaijan" rəhbərliyinin nümayəndələri iştirak edəcək. anspess
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












