Neftçilər prospekti Nobel və Babək prospektləri ilə birləşəcək - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar. Avtosfer.az-ın məlumatına görə, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına layihə çərçivəsində həyat keçirilən işlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, “Bakı Ağ Şəhər”in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli ofis binası artıq istifadəyə hazırdır. Tikintisi gedən 45 metr enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin Ağ Şəhərin ərazisindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Ofis binasının yanında 360-dan çox avtomobil üçün ən müasir standartlara cavab verən parkinq də inşa olunub.
Prezident İlham Əliyevə xəritə, maket və digər əyani vasitələr əsasında layihə çərçivəsində reallaşdırılan silsilə tədbirlər barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış olublar.
Dövlət başçısına məlumat verilib ki, Ağ Şəhərin 10 rayonundan 6-nın ərazisi tamamilə təmizlənib və inşaat işləri gedir. Layihənin icra müddətində Ağ Şəhərin neft məhsulları ilə çirklənmiş ərazisinin böyük hissəsi təmizlənib və yararlı vəziyyətə gətirilib. Hazırda bu işləri Dövlət Neft Şirkəti həyata keçirir.
Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən hissəsindəki tikililəri və Ağ Şəhər bulvarını da seyr edib.
Dövlət başçısına inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə xəritə və eskizlər əsasında məlumat verilib, habelə Nobel prospekti boyunca və sahil rayonunda görüləcək işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı ofis binasının arxa hissəsində salınan yaşıllıq və memarlıq nümunələri ilə də tanış olub.
Elməddin
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO















