Obama maşın yuyacaq

ABŞ prezidenti Barak Obama bildirib ki, müxalifətçi respublikaçılar Konqressdə onunla əməkdaşlıq etsələr, təsərrüfat işlərində onlara yardım etməyə hazırdır. Anspress-in məlumatına görə, Ağ Evdə federal sektorda maaşların qaldırılması haqqında fərmanı imzalayan zaman çıxış edən Amerika prezidentinin sözləri gülüş doğurub. "Hər dəfə fəhlə ailələrinə kömək məsələsində konqress mənimlə əməkdaşlıq etmək istəyəndə, mən hazır olacam. Qapım açıqdır. Bundan başqa, mənim özüm onların evinə gedib itlərini gəzdirəcəm, maşınlarını yuyacam",- deyə Barak Obama vurğulayıb. Hazırda, müxalifətçi Respublikaçılar Partiyası Barak Obamanı məhkəməyə verib. Onların iddiasına görə, Obama səhiyyə sahəsində islahatlar apararkən öz səlahiyyətindən sui-istifadə edir. Obamanın son qərarına görə, illik gəliri 90 min dolları ötməyən ailələr pulsuz müalicə olunacaqlar və onların müalicə xərcləri dövlət tərəfindən çəkiləcək. Bu isə sırf kapitalizm tərəfdarı olan Respublikaçılar Partiyasını narazı salıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












