On dəqiqədə 4 maşın toqquşdu, Babək prospekti dondu

Bakının Babək prospektində avtomobillərin hərəkəti tamamilə dayanıb. Avtosfer.az-ın məlumatına görə, saat 18:30 radələrində prospektdə yaranan tıxac səbəbindən minlərlə Bakı sakini yollarda qalıb. Avtomobillərin hərəkəti tamamilə dayanıb. Babək prospektində yaranan tıxacın səbəbini öyrənmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədovun verdiyi məlumata görə, Babək prospektində yaranan tıxaca səbəb 10 dəqiqə fasilə ilə ard-arda baş vermih və cüzi maddi ziyanla nəticələnmiş yol qəzasının baş verməsidir. Keçmiş maşın bazırının qarşısındakı körpünün hər iki tərəfində avtobus "Mercedes"lə, "Opel" markalı maşın isə "Jiquli" ilə toqquşub: "Hər iki qəzada avtomobillərə cüzi ziyan dəyib. Sürücülər avtomobilləri vaxtında yoldan götürmədiyindən belə bir tıxac yaranıb. Yolda hərəkəti bərpa etmək üçün yol polisi əməkdaşları müvafiq tədbirlər görürlər. Təsəvvür edin ki, iki sürücü bir-biri ilə razılaşmayıb və aralarında narazılıq yaranıb. Onların mübahisəsi üzündən yolda tıxac yaranıb. Nəinki Babək prospektində, eyni zamanda bu prospektlə kəsişən yollarda da tıxac yaranıb. Yol polisi əməkdaşları hadisə yerinə piyada getməli olublar. Yalnız bundan sonra hərəkət bərpa olunub».
Elməddin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












