Paytaxtda iri piyada keçidi tikilir - FOTOLAR

Paytaxtın Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb. Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qarşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir. Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















