Prezident: "Bulvara avtobuslar gətiriləcək"

Azərbaycan "Bibiheybətdə neft buruqları olan ərazi tamamilə təmizlənir, böyük - 20 hektarlıq bir park salınır". Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, bunu prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına həsr edilən mərasimdə deyib. Prezident Sport City yerləşən ərazidə, köhnə buruqların yerində gözəl bir idman mərkəzi salındığını deyib. O, qeyd edib ki, Su İdmanı Sarayının ətrafı gözəl Bakının bəlkə də ən gözəl park zonasına çevriləcək. "Beləliklə, bulvarın uzunluğu da artacaqdır. Ənənəvi bulvarın uzunluğu 3 kilometr yarım idi. İndi isə yeni layihələr nəticəsində bulvarın uzunluğu 16 kilometrə çatacaq. Bu, dünyanın bəlkə də ən uzun bulvarı olacaq. Hər bir insan “Ağ şəhər”dən başlayaraq ta Bibiheybət buruqlarına qədər piyada gedə bilər. Ancaq əlbəttə ki, bu, çox uzun bir məsafədir. Ona görə, bulvara əlavə xüsusi kiçik avtobuslar gətiriləcək ki, onlar da insanlara rahatlıq verəcək". Qeyd edək ki, Böyükşor gölünün təmizlənməsidə uğurla davam edir. Böyükşor gölü ikiyə bölünür. Artıq göl üzərində bənd tikilib. Bəndin üzərində geniş avtomobil yolu çəkilir, yəni, nəqliyyat üçün çox gözəl imkanlar açılır, eyni zamanda, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi nəticəsində, - o da Oyunlara qədər hazır olacaq, şəhərin mərkəzində 300 hektar sahədə təmiz, gözəl, abad bir göl olacaq ki, onun ətrafında bulvar, meşə, gəzinti, idman, velosiped zolaqları - hər şey nəzərdə tutulub.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










