Qatarla Bakıdan İstanbula 2 gün yarıma getmək mümkün olacaq

Əsrin yüz ən böyük layihəsindən biri olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gələn il istifadəyə verilməsi üçün işlər sürətləndirilib. İldə 15 milyon ton yükü Asiyadan-Avropaya daşıyacaq bu xəttin işə düşməsini sərnişinlər də səbirsizliklə gözləyir. ANS-in məlumatına görə, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu xəttindəki tikinti işləri artıq başa çatmaq üzrədir. Layihənin Türkiyə hissəsində tikinti artıq yekunlaşıb. Dəmir yol xəttinin Gürcüstan ərazisinə düşən 29 km uzunluğundakı Qars-Axalkalaki xəttinin və uzunluğu 160 km olan Axalkalaki-Marabda yolunun təmir-rekonstruksiya işləri sona çatdırılıb. Yalnız Türkiyə ilə Gürcüstan arasındakı tuneldə 1 kilometrlik ərazidə işlər tamamlanma ərəfəsindədir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, Çin də daxil olmaqla, Orta Asiyadakı yüklər Bakı-Tiflis-Qars dəmir yollu vasitəsilə Avropaya və ya da əksinə daşına biləcək. Bu dəhlizlə Azərbaycan üçün yeni yükdaşıma layihələrinin həyata keçəcəyi gözlənilir. Nadir Əzməmmədov deyir ki, 1996-cı ildə maliyyə probremləri üzündən dayandırılmış Bakı-Poti konteyner daşımaları layihəsinə biz yenidən start vermişik: “Bütün dünyada yükdaşımalar açıq deyil, məhz konteyner formasında daşınır. Bakı-Tiflis-Qars dəmir yolu xəttində də əsas daşımalar neft və neft məhsulları, təsərüffat, taxta-şalban və konteyner daşımaları olacaq”. Bu inqilabi layihə vasitəsilə yükdaşımalarla yanaşı sərnişindaşıma da həyata keçiriləcək. Bakı-Tiflis-Qarsla bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bu isə sərnişinlər üçün çox sərfəlidir. Layihə çərçivəsində yüksək standartlara cavab verən 30 vaqon alınacaq. Artıq vaqonların xaricdən gətirilməsi istiqamətində işlər görülür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












