Sabahdan 150 minlik avtobuslar işə başlayır - FOTO

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar sabahdan sərnişinlərə xidmət göstərəcək. Hazırda Bakıda olan 50 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobusun hələlik 25-i istismara veriləcək. Avtosfer.az xəbər verir ki, bunu apa-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. O deyib ki, avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edəcək. “Bakıya bu cür texniki vasitələr ilk dəfədir gətirilir. Bu ictimai nəqliyyat vasitələrində sərnişinlərin həm rahatlığını, həm də təhlükəsizliyini nəzərə alınıb. Belə ki, avtobuslarda kondisioner, kamera, kompyuter sistemi quraşdırılıb. Sərnişinlər bu sistem sayəsində qarşıdakı avtobusların marşrutunu da əvvəlcədən öyrənə biləcəklər. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa mindirilib-düşürülməsini rahat etmək üçün xüsusi panduslar quraşdırılıb. Avtobusdan uşaqlar, ahıllar, fiziki imkanları məhdud şəxslər, habelə ev heyvanları üçün xüsusi hissə var. Xüsusi şüşələr sərnişinləri günəş şüalarından qoruma qabiliyyətinə malikdir”, - Ə.Cəfərov qeyd edib. Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.
Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur. Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












