"Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başladı

5 noyabrdan etibarən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır.
ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi keçiriləcək.

Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 5 noyabr 15:00-dan etibarən 26 dekabr 17:00-dək https://anket.edu.az/user/281 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və (https://arti.edu.az/) portalından əldə edə bilərsiniz.
Formalar:
Tədqiqat planı-Layihə xülasəsi
Qaydalar: “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə qaydaları
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.
Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Mob: +99451 8167817
Mail: [email protected]
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












