Sərnişinlərə şad xəbər

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etmək niyyətindədir. Avtosfer.az-ın məlumatına görə, trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər. Nazir müavini bildirib: "Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir".
Hazırda Bakı metrosunda ödəniş yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kartlarla həyata keçirilir.
M.Pənahov qeyd edib ki, hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












