Sərnişinlərə şad xəbər

Gələn ildən Bakıda köhnə sərnişin avtobusu qalmayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun anspress -ə verdiyi məlumata görə, gələn ildən paytaxt mərkəzində, eləcə də, kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da yenilənəcək. “Hazırda paytaxtda 2000-ə yaxın sərnişin avtobusu xidmət göstərir. Onların 70 faizi yenidir. Çoxu da, “Daewoo” markalı avtobuslardır. Bu ilin sonunda Bakıya 50 ədəd Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar gətirildi və istifadəyə verilib. Gələn il də qalan 30 faiz köhnə avtobuslar yenilənəcək. Əsasən kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da tamam yenilənəcək”, - deyə Əmrah Cəfərov bildirib.
Qeyd edək ki, yeni avtobusların gətirilməsindən sonra gedişhaqqı artımı məsələsi barədə söz-söhbətlər yayıldı. Əmrah Cəfərov deyir ki, hələlik gedişhaqqı artımı gündəmdə deyil. Baxmayaraq ki, gediş hqqılarının artırılması ilə bağlı Taarif Şurasına müraciət olunmuşdu, müraciətə müsbət cavab verilməyib. Bu səbəbdən də, hələlik gediş haqqı artırılmır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












