Sərnişinləri də yada salan oldu; qaydalar dəyişdi

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib. İndiyə qədər nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilənin bağlanmasını təsdiq edən sığorta şəhadətnaməsi sərnişin avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblər sırasında yer alıb. Dəyişikliyə əsasən, sərnişinlərin fərdi qəza sığortası ilə bağlı tələb müəyyənləşib. Bundan sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq. İndiyə qədər sərnişinlər qarşısında daşıyıcıların mülki məsuliyyətinin icbari sığortası, sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti üzvlərinin həyat və sağlamlığının sığortası, habelə sərnişinlərin icbari sığortası Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq sığorta müqavilələri əsasında edilib. Sərnişin avtonəqliyyat vasitəsində qanuni əsaslar olmadan gedişi həyata keçirən şəxs ona dəymiş zərərin ödənilməsini sığorta edəndən və ya avtomobil daşıyıcısından tələb edə bilməzdi. Bu tələb də yeni redaksiyada verilib. Bundan sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” qanuna, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununa uyğun olaraq həyata keçirilməlidir. Bu icbari sığorta növlərinin həyata keçirilməsinin təmin edilməsi avtomobil daşıyıcılarının hüquq və vəzifələri sırasında yer alacaq.
İndiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından irəli gələn tələblər üçün iddia müddəti altı ay təşkil edib. Bu müddət şəxsin ona zərər vurulmasını bildiyi və ya bilməli olduğu andan hesablanıb. Pretenziyanın verilməsi iddia müddətinin axınını pretenziyanı almış tərəfin onu təmin etməkdən imtina etməsi barədə müvafiq sənədlər əlavə edilməklə yazılı bildiriş verdiyi günədək dayandırıb. Pretenziya qismən təmin edildikdə, yalnız onun təmin edilməmiş hissəsinə dair iddia müddətinin axını təzələnib. Dəyişikliyə əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda bu bənd ləğv edilib. Bu proses icbari sığorta ilə bağlı tələblərə əsasən tənzimlənəcək. İndiyə qədər Nəqliyyat Nazirliyi müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənara çıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə tərtib etdiyi akt əsasında daşıyıcıya xəbərdarlıq edə və ya daşınmalardan kənarlaşdıra bilərdi. Bundan sonra daşıyıcı icbari sığorta növlərini həyata keçirmədikdə Nəqliyyat Nazirliyi bu addımları atacaq.
Emin
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










