Sürücülər üçün yenilik: «Yaşıl Kart»

Azərbaycan "Yaşıl Kart" sisteminə qoşulmaq üçün bir ay ərzində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasına və "Yaşıl Kart" sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasına rəsmi müraciət edəcək. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev "İcbari sığortalar haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı müvafiq fərman imzalayıb. Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin təklifləri əsasında rəsmi müraciəti hazırlamaq tapşırılıb. Bundan başqa, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə nəzarət Daxili İşlər Nazirliyi tərəfindən sərhəd sığorta müqaviləsi və "Yaşıl Kart" sistemi - Dövlət Gömrük Komitəsi çərçivəsində həyata keçiriləcək.
Azərbaycanda "Yaşıl Kart" sistemi üzrə müqavilələr 3, 6 və 12 ay müddətinə bağlanacaq. "İcbari sığorta növləri haqqında" qanuna "Yaşıl Kart" sisteminin tətbiqi ilə bağlı müddəalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













