Sürücülərə Olimpiya xəbərdarlıği: evə getmək üçün kart alın

Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələri veriləcək. Bu sözləri Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov oxu.az-a bildirib. İnternetdə bu barədə xəbərdarlığı əks etdirən elanın yayılması məsələsinə münasibət bildirən İsrafil Kərimov vurğulayıb ki, Avropa Oyunları ərəfəsində Bakı şəhərinə avtomobil axını müşahidə olunacaq. “Bununla əlaqədar müəyyən yerlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Həmin ərazilərdə yaşayan sakinlərin öz şəxsi avtomobilləri ilə yaşadıqları əraziyə sərbəst giriş-çıxışını təmin etmək üçün onlara buraxılış vəsiqəsi veriləcək. Buraxlışı olmayan avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq”. Bununla əlaqədar sakinlərə xəbərdarlıq olunub ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində İlk Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə sakinlərin sərbəst giriş-çıxışına, onların nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yaradılması və xüsusi icazə vərəqəsinin alınması üçün 05 yanvar 2015-ci ilə qədər ərazidə olan MKİS-ə (Mənzil Kommunal İstismar Sahəsi) müraciət etsinlər. Həmin qurum siyahı hazırlayıb vətəndaşlara buraxılış vərəqəsi verəcək. Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə ciddi tədbirlər görüləcək və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət DİN və BDYP tərəfindən həyata keçiriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












