Sürücülərə şad xəbər: Bakıya giriş asanlaşdı - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması üzrə işlərin böyük hissəsi yerinə yetirilib. “Azəryolservis “ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 1,5 km təşkil edən mövcud 2 zolaqlı yolda əlavə 6 hərəkət zolağı inşa edilir. Layıhə üzrə Sulutəpə və Xocəsən istiqamətində dairəvi qovşaqlar, 2 avtobus dayanacağı, hər tərəfdə eni 1 m. olan səkilər və eni 1 m. olan ayrıcı zolaqda işıqlandırma sistemi quraşdırılacaq. Ötən müddətdə kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, Sulutəpə-Biləcəri istiqamətində 3 qat, Biləcəri-Sulutəpə hissəsində isə 2 qat asfalt-beton örtük döşənməsi başa çatıb. Hazırda Biləcəri-Sulutəpə hissəsində asfalt-beton örtüyünün 3-cü qatının vurulmasına hazırlıq işləri gedir. Sulutəpə-Biləcəri hissəsi nəqliyyatın hərəkəti üçün açıq olan yolun yaxın vaxtlarda bütün zolaqlarının istismara verilməsi gözlənilir. Yolun müasir üslubda yenidən qurulması ölkənin şimal-qərb bölgəsindən Bakı şəhərinə, eyni zamanda Lökbatan-Xocasən istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarına çıxışını asanlaşdıracaq.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













