Sürücülərə şad xəbər: Cərimələrin ödənişi asanlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş" terminallarının quraşdırılmasına başlayıb. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, həmin terminalların köməyi ilə vətəndaşlar Vergilər Nazirliyinin, yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini həyata keçirə biləcəklər. YHQ-nin pozulmasına görə cərimələrin ödənilməsi üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsindəki məlumatlar lazımdır. Qurğu banknotların və sikkələrin qəbulu üçün slotlarla təchiz edilib. Hazırda ilk "ASAN ödəniş" terminalı artıq "ASAN xidmət"in Sabirabad regional mərkəzində quraşdırılıb. Yaxın vaxtlarda qurğu bütün mərkəzlərdə quraşdırılacaq".
Dövlət Agentliyinin 2015-ci il üzrə planlarına Bakıdakı ictimai yerlərdə (parklarda, ticarət-əyləncə mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və s.) "ASAN ödəniş" terminallarının quraşdırılması daxildir. Yaxın gələcəkdə ümumilikdə 200-ə yaxın belə terminalın quraşdırılması planlaşdırılır.
Bundan əlavə, "ASAN ödəniş" portalının açılması nəzərdə tutulur. Onun köməyi ilə vətəndaşlar bank hesablarından, kredit kartlarından, “Elektron pul kisəsi”ndən və digərlərindən istifadə etməklə ödənişlər həyata keçirə biləcəklər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













