Sürücüləri sevindirəcək xəbər

Yol polisi tərəfindən cəzalandırılan sürücülərə qanunda bəzi güzəştlər var. Sürücü cəriməsini beş gün ərzində ödəyərsə, 10 faiz güzəşt əldə edir. Lakin sürücülər iddia edirlər ki, cəriməni beş gün ərzində banklarda ödəmək olmur, səbəb isə sistemə həmin məlumatların yerləşdirilməməsidir. Natiq adlı sürücü milli.az-a yazır ki, bir neçə gün əvvəl qayda pozuntusu etdiyi üçün yol polisi tərəfindən cərimələnib. İki gün sonra cəriməni ödəmək üçün banka gestə də, ona bildirilib ki, cərimə edilməsi ilə bağlı sistemdə heç bir məlumat yoxdur. “Başa düşmürəm, qanun deyir ki, beş gün ərzində ödəsən, güzəşt olunur. Bəs sistemə niyə oturulmur? Güzəştdən necə yararlansın bu sürücü?” – deyə oxucu yazır.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücü barədə yol polisi tərəfindən yerində qərar veriləndən sonra cərimənin ödənişi üçün verilən üç gün müddət artıq beş olub. Beş günlük müddət isə sürücünün cərimə olunması ilə bağlı qərarın qanuni qüvvəyə minməsindən sonra hesablanır.
Şöbə rəisinin sözlərinə görə, qərarın qanuni qüvvəyə minməsi üçün 10 gün vaxt verilir. Sürücünün 10 gün ərzində həmin qərardan apellyasiya şikayəti vermək hüququ var. Əgər sürücü şikayət vermədisə, qərar qüvvəyə minir. Bu, o deməkdir ki, vətəndaşın 15 gün ərzində cəriməni güzəştli ödəmək imkanı var.
K.Əliyev qeyd edib ki, beş gün bəzən istirahət və bayram gününə düşərsə, 6 və ya 7 gün də ola bilər. Bu isə o deməkdir ki, vətəndaşın cəriməni güzəştli ödəmək üçün 16-17 günü var.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












