Sürücülərin diqqətinə; icbari sığortada yeniliklər edildi

«İcbari sığortalar haqqında» qanuna edilmiş və sığorta olunanların maraqlarını təmin etməyə yönələn bir neçə dəyişiklik qüvvəyə mindi. Avtosfer.az-ın məlumatına görə, Prezident İlham Əliyevin təsdiqlədiyi bu yeniliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına da aid olduğundan onları oxucuların diqqətinə çatdırırıq.
Əsas yeniliklər bunlardır:
Yeni dəyişikliyə əsasən, sığorta şirkəti sığorta hadisəsindən sonra lazımi sənədləri təqim etmiş şəxsə 7 iş günü müddətində sığorta ödənişi vermədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək. Dəbbə pulu cüzi (gecikdirilən məbləğ 1000 manat olarsa, onun üstünə hər gün üçün 1 manat əlavə olunaacaq) olsa da, ümid edək ki, sığorta işində süründürməçilik azalacaq.
Başqa bir maraqlı yenilik icbari sığorta hadisəsinin sənədləşdiilməsini tezləşdirməyə, lazımi məlumatların toplanmasındakı əngəlləri aradan qaldırmağa hesablanıb. Dəyişikliyə əsasən, sığorta şirkətinin sığorta hadisəsi ilə əlaqədar tələb olunan məlumatlara dair verdiyi sorğuları səlahiyyətli orqanlar 10 gündən gec olmamaqla cavablandıraraq lazımi məlumat və sənədləri sorğu verən şirkətə təqdim etməlidirlər. Həmin səlahiyyətli orqanlar sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” qanunla qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Bu, o deməkdir ki, məsələn, DYP baş vermiş yol-nəqliyyat hadisəsinə dair müvafiq arayışı sığorta şirkətinin sorğusuna əsasən 10 gündən gec olmamaqla bu şirkətə təqdim etməlidir.
Digər bir yenilik sığorta olunanları, o cümlədən sürücüləri maarifləndirmə məqsədinə xidmət edir. Bundan sonra sığorta şirkəti sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini verməlidir. Belə vərəqələr sığorta şəhadətnaməsinə əlavə olunacaq.
Başqa bir yenilik xüsusən intizamsız sığorta olunanlar üçün sərfəlidir. Dəyişikliyə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Yəni məsələn, sürücü ötən il bir neçə sığorta hadisəsi törədərək sığorta şirkətini xeyli xərcə salmış olsa da, onunla yeni müqavilə bağlamaqdan imtina oluna bilməz. Belə halda sadəcə olaraq bonus-malus sisteminə uyğun olmaqla sığorta haqqı artırılacaq. Sığorta icbari olduğundan şirkətlərə sığorta etmakdən imtina qadağan olunur.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








