Sürücülərin nəzərinə; Daxili İşlər Nazirliyinə daha bir səlahiyyət verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edib. Avtosfer.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, bəzi nazirlik və mərkəzi icra hakimiyyəti orqanlarına əlavə səlahiyyət verilib. Dəyişikliklərə əsasən, inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məsələlərinə Daxili İşlər Nazirliyi, avtomobil və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına məsələlərinə Nəqliyyat Nazirliyi baxacaq.
Həmçinin dövlət başçısının fərmanında deyilir: “su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyası, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Fövqəladə Hallar Nazirliyi baxır”.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












