Sürücülərin parkinqlərdə ödəniş işi asanlaşdı - VİDEO

Ödəniş etmək üçün elektron kartlar istifadəyə veriləcək ki, bununla da sürücülür rahat ödəniş edə biləcəklər. Bakı Şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatli Avtonəqliyyat İdarəsindən bildirirlər ki, müvəqqəti dayacaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla da ödəniş etmək mümkün olacaq. Hazırda sürücülərin 80 faizi özləri parkomatlardan istifadə edə bilirlər. Çətinlik çəkənlərə orada olan nəzarətçilər kömək edir. Amma elektron kartlarla ödəniş sistemi tətbiq olunduqdan sonra bu problem də öz həllini tapacaq və heç kimin nəzarətçilərin köməyinə ehtiyaci qalmayacaq. Kartla ödəniş olanda qəbz verilməsi məsələsi də aradan qalxmış olacaq.
Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər nömrələrin avtomatik qeydiyyatı aparılarsa o zaman kart sistemi ilə ödəmə sürücülər üçün sərfəli ola bilər. Amma bu sistem tam halda tətbiq olunmazsa , müsbət nəticə gözləməyin xeyri yoxdur. Həmçinin gələcəkdə kartların balansını elə parkomatlar vasitəsilə də yoxlamaq mümkün olacaq. Hazırda əsas çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmalarıdır. Amma əgər elektron kartlarla ödəmə olarsa, bu cür xoşagəlməz halların da qarşısı alınar.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












