Sürücüyə xəbərdarlıq edən sükan

Avtomobil idarə edərkən mobil telefonundan mesaj yazmağa çalışanlar və ya makiyaj edənlər bu xəbərə diqqət yetirsin. Avtosfer.az-ın panoram.az-a istinadən verdiyi məlumata görə, ABŞ-ın nəhəng avtomobil şirkəti “General Motors” avtomobillərdə inqilab sayılacaq dəyişikliyi həyata keçirir. Belə ki, “General Motors” sürücünün gözlərini izləyən sensorlarla təchiz edilmiş sükanın istehsalına başladığını açıqlayıb. Sürücünün gözünü və baş hərəkətini izləyəcək sensorlar sayəsində avtomobil sürücüyə diqqətinin dağıldığını xəbər verəcək. “General Motors”un tərəfdaşlarından olan Takata firması bu layihə ilə əlaqədar Avstraliyanın “Seeing Machines” sensor texnologiyası şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “General Motors” 3-5 il ərzində istehsal edəcəyi 500 min avtomobildə bu sensor və xəbərdarlıq sistemini tətbiq edəcək. Sensorlar sürücünün başını və gözünü izləyəcək. Nə zaman sürücü gözünü yoldan ayırsa və güzgülərə baxmasa ona xəbərdarlıq edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












