Texniki baxışın son tarixi açıqlandı

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Avtosfer.az-ın idarənin saytına istinadən verdiyi məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən respublikada qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə, iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə, ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə, ildə bir dəfə texniki baxış keçirilir. Mexaniki nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri istehsal ili 2003-cü ilədək (2003-cü il daxil olmaqla), 2005-ci, 2007-ci, 2009-cu illər olan minik avtomobillərini, istehsal müddəti 2012-ci ilədək olan (2012-ci il daxil olmaqla) avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrini 2014-cü ildə yanvar ayının 1-dən oktyabr ayının 31-dək, “VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün 01 yanvardan 01 maya qədər, xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri, 01 maydan 01 avqusta qədər, yük avtomobilləri və avtobuslar üçün 01 sentyabrdan 31 oktyabra qədər dövlət texniki baxışının keçirilməsi üçün təqdim etməlidirlər. Avtomotonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri fasiləsiz olaraq keçirilir.
Nurlan
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq - RƏSMİ
Bakıda saatda 50 kilometr limiti: YENİLİKDİRMİ?








