Yeni avtobuslar bu marşrutlara buraxılacaq

Bakıya gətirilən yeni sərnişin avtobusları paytaxt sakinlərinə və qonaqlara yüksək səviyyədə xidmət göstərəcək. Bunu paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov deyib. O, AzərTAc-a Bakıya gətirilən yeni avtobusların əsas üstünlükləri barədə danışıb. F.Sadıqov bildirib ki, bu günlərdə Bakıya Türkiyədə yerləşən zavodda yığılan “İsuzu” markalı 50 avtobus gətirilib. “Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Bu barədə danışan F.Sadıqov deyib: “Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır”.Yeni avtobusların hansı istiqamətdə işləyəcəyi ilə bağlı sualı cavablandıran “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi qeyd edib ki, bu avtobuslar yaxın günlərdə əvvəlcə 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək. Həmsöhbətim vurğulayıb ki, gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək. “Çalışırıq ki, sərnişinlərə, o cümlədən birinci Avropa Oyunlarında şəhərimizə gələcək qonaqlara yüksək keyfiyyətli, komfortlu xidmət göstərək”, - deyə F.Sadıqov əlavə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












