Yeni avtobuslarda köhnə sürücülərdən canımız qurtulacaq – NƏHAYƏT

“Hansı sürücü qanun pozuntularına yol verirsə, yeni avtobuslar istifadəyə veriləndən sonra onların işinə də xitam veriləcək”. Avtosfer.az xəbər verir ki, bu açıqlamanı aktual.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məsləhətçisi Elman Yusifov verib. Onun sözlərinə görə, avtobus sürücüləri arasında ciddi nəzarət qaydaları tətbiq olunacaq: “Avtobus sürücüləri daim yenilənir. Hansı sürücü qanun pozuntularına yol verirsə, yeni avtobuslar istifadəyə veriləndən sonra onların işinə də xitam veriləcək”.
E.Yusifov yanvar ayından etibarən yeni avtobusların paytaxt mərkəzi və kənar qəsəbələrə hissə-hissə buraxılacağını söyləyib: "Bu proses bir neçə aya tənzimlənəcək".
O, kənar qəsəbələrə işləyən yeni avtobuslarda say artımını da istisna etməyib: “Kənar qəsəbərə işləyən avtobuslarda əlavə xətlər var. Orada işləyən avtobusların sayı azdır. Bütün xətlərə nəzarət olunacaq. Ehtiyac olarsa, yeni xəttlər çəkiləcək”.
Qeyd edək ki, hazırda paytaxtda 2000-ə yaxın sərnişin avtobusu xidmət göstərir. Onların 70 faizi yenidir. Çoxu da, “Daewoo” markalı avtobuslardır. Bu ilin sonunda Bakıya 50 ədəd Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar gətirildi və istifadəyə verilib. Gələn il də qalan 30 faiz köhnə avtobuslar yenilənəcək. Əsasən kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da tamam yenilənəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












