Yeni minimum nəqliyyat xərclərinin tətbiqinə başlanıb

Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibi qüvvəyə minib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibinə əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün adambaşına minimum istehlak səbətinə eyni səviyyədə olmaqla 1 il ərzində 12 kv.m mənzil, 12 kv.m mənzilin qızdırılması, ayda 5 kub.m isti və soyuq su təchizatı, ayda 5 kub. m kanalizasiya, ayda 21 kub.m qaz təchizatı, ayda 50 kVt/s enerji təchizatı, bir ayda xidmətlərə sərf olunan ümumi xərcə nisbətdə 10 faiz digər xidmətlər daxildir. Nəqliyyat xərcləri isə bu qruplar üçün müxtəlifdir. Əmək qabiliyyətli əhali adambaşına minimum istehlak səbətinə 1 ildə 692 gediş, pensiyaçılar üçün 365 gediş, uşaqlar üçün isə 406 gediş müəyyənləşdirilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












