Yeni piyada keçidi tikilir – FOTO

Bakı Ağ şəhər layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun davam etdirilir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-dən məlumat verilib. Məlumata görə, 4 giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri "Ağ şəhər", digəri Azərbaycan Boks Federasiyası, qalan ikisi isə Dənizkənarı Park istiqamətində olacaq. Keçiddə hər tərəfində 2-si olmaqla 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazıdır. Dənizkənarı Park istiqamətində isə 50 faiz işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












