Yol nişanları öz-özünə dəyişəcək - YENİLİK

BMT-nin Avropa İqdisadi Komissiyası dünyada yol hərəkəti təhlükəsizliyi ilə bağlı problemlərin texniki-hüquqi həllində aparıcı təşkilatdır. Bu təşkilat yol nişanlarına, svetoforlara, habelə nəqliyyat vasitələrinə dair vahid standartlar qişləyib hazırlamışdır və s. Avtosfer.az-ın məlumatına görə, Avropa İqdisadi Komissiyası 2013-cü ildə yol nişanları ilə bağlı maraqlı bir yenilik edib. Onun qəbul etdiyi qaydalara əsasən, dünya yollarında göstərişi dəyişən nişanlar peyda olacaq. Söhbət müasir texnologiyaların tətbiqi ilə elə nişanlardan gedir ki, həmin nişanlarda meteoroloji şəraitdən, hərəkət sıxlığından, yolda yaranan müxtəlif problemlərdən, o cümlədən görünmənin məhdud olmasından asılı olaraq tələb dəyişəcək. Məsələn, sürücülərimizin gözəl tanıdığı 3.24 nişanında "90" yazılaraq 90 km/saat-dan artıq sürət qadağan ediləcək, amma gecə vaxtı və ya duman olduqda, yaxud başqa çətinlik ortaya çıxdıqda "90" rəqəmi avtomatik olaraq şəraitə uyğun başqa rəqəmlə (məsələn, "60" rəqəmi ilə) əvəzlənəcək. Belə nişanlar sayəsində müvəqqəti nişanlara ehtiyac minimuma enəcək, hərəkət təhlükəsizliyi isə daha etibarlı olacaq. Belə nişanların göstərişi yol hərəkətinin intellektual idarəetmə mərkəzlərindən, həm də xüsusi proqrama uyğun olaraq avtomatik dəyişə biləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












