Yol qanununa gülməli və ağlamalı dəyişiklik edilir

Milli Məclis Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər tətbiq etməyə hazırlaşır. Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsinə bir sıra əlavə və dəyişikliklər təklif edilir. Qanunun 1-ci maddəsinə təklif olunan bəndə görə, “avtomagistralın hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, «Yol hərəkəti haqqında» qanuna edilən bu dəyişiklik maraqlı və gülməlidir: «Avtomagistralın anlyışını dəqiqləşdirən bu yeniliyə əsasən, avtomagistralda hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları olmalıdır. Gülməlisi odur ki, bizim ölkədə avtomagistral kimi işarə olunan cəmi 2 yol var və onların hər birinin uzunluğu 15 km-dən azdır. Hətta həmin 2 yolun heç biri avtomagistral standartına uyğun deyil. Yəni onlar da avtomagistral deyil».
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












