Yol qəzası törədib qaçanların cəzası sərtləşdirilir

Azərbaycanda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçanların cəzasının sərtləşdirilməsi təklif olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsinə dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 5 ilədək sürücülük hüququndan məhrum edilməklə 4 il həbs cəzası tətbiq olunacaq. Maddənin hazırda qüvvədə olan variantında isə qeyd olunan əməllərə görə 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə təklif olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












