«Yol terroruna son» - yol hərəkətinə aid yeni videolar təqdim olundu

Dekabrın 11-də «Mont İnn» otelinin konfrans zalında «Yol terroruna son» layihəsi çərçivəsində çəkilmiş social videoçarxların təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsində qalib gələn layihədir. Vidoçarxlar Azərbaycan Gənclər Fondunun maliyyə və “ÇıraqStudio ”-nun texniki dəstəyi ilə çəkilib. Açılışda Dövlət qrumlarının, ictimai təşkilatların və media nümayəndələri iştirak edib.
Layihə rəhbəri İsmayıl İsmayıl bildirdi ki, layihənin məqsədi Azərbaycanda hər gün baş verən və piyadaların ölümü, ən yaxşı halda isə onların ağır xəsarət alması ilə nəticələnən avtoqəzaların qarşısısnın qismən də olsa alınmasında maarifləndirmə işlərini aparılması, əhali arasında, o cümlədən piyadalarda yol, sürücülərdə sürücü mədəniyyətinin formalaşdırılması, qaydalara riayət edilməsini qisməndə olsa təmin etməkdir: «Ən əsası isə hər gün bir neçə ailənin kədərinin azalmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq. Azərbaycanda baş verən bədbəxt hadisələrdə avtoqəzalarda ölüm hallarının azalması olduğunu nəzərə alsaq, nəticənin daha böyük olması gözləntilərimimzin əsasını təşkil edir. Layihənin davamı olaraq gələcəkdə bu tip layihnin daha geniş coğrafi ərazidə, regionlrda, ali və orta ixtisas təhsil müəssələrində, dövlət və özəl müəssisələrdə keçirməyi nəzərdə tuturuq».
Tədbirdə Bakı şəhər DYPİ-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov və başqaları öz fikirlərini bildirib, son dövrəlrədə ölkə ərazisində başverən yol nəqliyyat hadisələrinin acı nəticələrindən danışıblar. Filmlər təqdim olunduqdan sonra yaradıcı heyətə uğurlar və gələcəkdədə bu tip layihələrin davamnın olmasını arzu ediblər.
Layihə çərcivəsində 3 qısa metrajlı sosisal video çarx hazırlanıb. Bundan əlavə maarifləndirici buklaet, flayer və kitabçalar çap olunaraq və əhalinin sçx olduğu yerlərdə və daha çox qəzaların baş verdiyi ərazilərdə paylanılması məzərdə tutulub. Bu video çarxların televiziyalarda yayımlanması nəzərdə tutulub.
Emin
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI






























