Yollarımızda yenilik: xüsusi istirahət yerləri olacaq

Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər tətbiq olunur, qaydalar dəyişdirilir. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsinə bir sıra əlavə və dəyişikliklər təklif edilir. Qanunun 1-ci maddəsinə təklif olunan bəndə görə, “avtomagistralın hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir”.
Bundan başqa, maddəyə təklif edilən digər bəndlərdə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin təsnifatı verilir. Qanuna təklif olunan 51-ci bəndə görə, “ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və yüksüz nəqliyyat vasitəsidir”.
Təklif edilən 52-ci bəndə görə isə “iriqabaritli nəqliyyat vasitəsi – ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametrlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












