10 dəqiqədə iki cərimə yazılan sürücü sonra həbs edildi - Polisi söyüb, özünü yandırmaq istəyib... - VİDEO

Dünən sürücü Həbillayev Rəfael Əliyar oğlu idarə etdiyi 90 XY 272 dövlət nömrə nişanlı avtomobildə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində 99 YP 366 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan inspektor sürücünü saxlayıb və barəsində inzibati qaydada protokol tərtib edib. Təxminən 10 dəqiqə sonra yenidən həmin ərazidə saxlanılan sürücü işıq göstəricilərindən düzgün istifadə etmədiyi üçün inspektor tərəfindən cərimələnib. Sürücü isə buna etiraz edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü nalayiq ifadələr işlədib, polisin şərəf və ləyaqətini təhqir edib. Daha sonra sürücü Azneft meydanına gələrək orada maşının və özünün üzərinə benzin tökərək yandırmağa cəhd etsə də, yol polisləri buna imkan verməyiblər.
Bundan sonra avtomobil yenidən saxlanılıb, aidiyyəti üzrə Yasamal rayon 28-ci polis bölməsinə gətirilib. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham olunan sürücü barəsində protokol tərtib olunub. Toplanmış materiallar əsasında məhkəmə sürücünün İnzibati qaydada 10 gün müddətində həbs olunması barədə qərar qəbul edib.
Sürücü özü də etiraf edib ki, etdiyi hərəkətlər səhvdir və bundan başqalarının nümunə götürməsinin tərəfdarı deyil. Cərimə protokollarına qanuni yolla etiraz etmək daha faydalı olardı.
Emin
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK












