“5 minə yaxın avtomobil postlardan geri qaytarılıb”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verilib. 8 inzibati ərazidə tətbiq ediləcək karantin rejiminə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili işlər Nazirliyinin (DİN)Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
K.Əliyev deyib ki, qərar bu gün saat 24:00-sa qüvvəyə minəcək: "Artıq iki gündür ki, Bakı və Abşeronda yaşayan şəxslərin rayonlara getmələrinə cəhdlər müşahidə edilir. Artıq postlarda 5 minə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb: "Onlardan 4 mini Bakıya, 1000 isə bölgələr istiqamətində geri qaytarılıb. Kimsə düşünməsin ki, posta gedim bəlkə buraxacaqlar. Əgər gedənlər haqlı olduğunu düşünürsə, polis ona keçməyə icazə vermirsə, polisə qarşə çıxmağa, mübahisə yaratamağa ehtiyac yoxdur. Bunun üçün 102 xidmətinə müraciət edə bilərsiz. Müraciət edin, əgər icazə verilərsə yolunuza davam edə bilərsiniz".
Onun sözlərinə görə, torpaq yolla getməyə cəhdlər olarsa, həmin şəxslər xüsusi texniki vasitələrlə müəyyən ediləcəklər: "Belə ki, bir postda müşahidə edilən nəqliyyat vasitəsi yoluna davam etdiyi halda qarşıdakı postda görünməzsə, bu, karantin rejiminin pozulması kimi qiymətləndiriləcək". (Modern.az)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












