Abşeronda yol polisi 75 sürücünü məsuliyyətə cəlb edib

Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri mayın 12-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan səkkiz nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə üç nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 54, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 11, xırda talamaya görə 18, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 66 fakt aşkarlanıb, mülki məsələlərə görə axtarışda olan 34 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 75 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran, eləcə də konstruksiyasında dəyişiklik edən 13 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 187 fakt müəyyən edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












