Astarada narkotikin təsiri altında olan sürücülər aşkarlandı - FOTO

Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən "Vaz 2106" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanları olmadan idarə etdiyi üçün saxlanılıb.
Həmin nəqliyyat vasitəsini etibarnaməsiz, sürücülük hüququ olmadan idarə rayon sakini Ruslan Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Əliyevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Bundan əlavə, "Vaz 21063" markalı avtomobillə hərəkətdə olarkən Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılmış digər sürücü, rayon sakini Ruslan İbrahimovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əliyev 15 gün müddətində inzibati qaydada həbs edilib, R.İbrahimov barəsində isə digər inzibati tənbeh tədbiri seçilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















